sif. [ ər. məhsul və fars. …dar]
3. Qiymətli şeylər yaradan, istehsal edən. Məhsuldar əmək.
// Çox məhsul istehsal edən, yaxşı işləyən. Məhsuldar fəhlə.
Salam.
Məhsul meneceri, məhsul sahibi, layihə meneceri, marketinq mütəxəssisi, brend menecer, departament direktoru, direktor və ya təsisçi olmağından asılı olmayaraq mənim üçün bir məhsulun hazırlanmasını, yəni hasil olmasını təmin edən hər kəs məhsuldardır.
Burada da oxuduqlarımdan, gördüklərimdən, uğurlu və uğursuz təcrübələrimdən məhsuldarlar üçün faydalı olacaq bloqlar yazacağam.
Mən, Murad Məmmədzadə, mənə yazmaq üçün məni LinkedIn-də əlavə edin.